Gürcüstanın şimalında 4,8 bal gücündə zəlzələ olub.
AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmologiya mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Rusiyanın Vladikavkaz şəhərindən təqribən 67 km cənub-şərqdə yerləşib. Təkanların ocağı isə 12 km dərinlikdə olub.
Sosial şəbəkələrdə yeraltı təkanların Tbilisidə və Rusiya Federasiyasının subyektləri – Çeçenistan, Dağıstan, İnquşetiya, Şimali Osetiya ərazisində də hiss olunduğunu yazılıb.