Kolumbiyada 26 günlük nümayişlərdə 2 mindən çox insan xəsarət alıb

Xəbər - Trend:

Kolumbiyada 28 apreldən keçirilən nümayişlərdə ən azı 2051 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə,bu barədə Respublikanın Milli Müdafiə nazirliyi öz hesabatında bildirib.

Nazirliyin “Twitter” səhifəsində bildirilib: “28 apreldən 23 maya qədər olan müddətdə 1040 mülki vətəndaş və 1011 polis yaralanıb”

Qeyd edilir ki,bu müddət ərzində 954 nəfər polis tərəfindən saxlanılıb.