Gürcüstan parlamentinin sədri istefa verib

Xəbər - Orxan Nəbiyev – Trend:

Gürcüstan parlamentinin spikeri Kaxa Kuçava vəzifəsindən istefa verib.

Trend-in məlumatına görə, bu barədə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İraakli Kobaxidze deyib.

K.Kuçavanın bundan sonra vacib dövlət layihəsi ilə məşğul olacağı bildirilib.


Eyni zamanda, Gürcüstan parlamentinə Şalva Papuaşvilinin rəhbərlik edəcəyi deyilir.