Rusiya məhkəməsi “Google” şirkətini 98 milyon dollardan çox cərimələyib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada Moskva şəhərinin Taqan rayon məhkəməsi “Google” şirkətini 98 milyon dollardan çox (7,2 milyard rubldan çox) məbləğdə cərimələyib.

Trend-in məlumatına görə, bu barədə məhkmənin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, şirkət Rusiya ərazisində qadağan olunan informasiyanı silməkdən imtina etdiyi üçün cərimə edilib.


Məlumata əsasən, bu ilin əvvəlindən etibarən eyni qayda pozuntuları ilə əlaqədar “Google” barəsində 16 protokol tərtib edilib.

“Google” şirkətinin Rusiyadakı nümayəndəliyi məhkəmə qərarı ilə tanış olduqdan sonra açıqlama verəcəklərini bildirib.