Güneyli xanım fəala həbs cəzası verildi

Güneyli xanım fəala həbs cəzası verildi

Ərdəbil əyalətinin Germi şəhərindən olan qadın hüquqları müdafiəçisi və ictimai fəal Pərisa Ciddi 3 ay həbs cəzasına məhkum edilib.

AzerTimes xəbər verir ki, Germi Şəhər Məhkəməsinin 1-ci bölməsi Pərisa Ciddi haqda “hökumətə qarşı təbliğat”da ittiham edərək həbs qərarı çıxarıb.

Qeyd edək ki, oktyabrın 19-da telefon vasitəsilə Pərisa Ciddi ilə əlaqə saxlanılıb və ondan bir sıra məsələlərlə bağlı izahat verməsi üçün İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsinə gəlməsi istənilib. Hüquq müdafiəçisi isə məhkəmə arayışı təqdim edilmədiyi üçün bölməyə getməkdən imtina etmişdi.

Teqlər: