FHN “Kubinka”dakı yanğınla bağlı məlumat yaydı

FHN “Kubinka”dakı yanğınla bağlı məlumat yaydı

Məlumat verildiyi kimi, dünən gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, 75 ünvanında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində bir-birinə bitişik tikilən ümumi sahəsi 1 800 kvadratmetr olan evlərdən ümumi sahəsi 50 kvadratmetr olan ikimərtəbəli ikiotaqlı evin 2-ci mərtəbəsində bir otağın və mətbəxin yanar konstruksiyaları 25 kvadratmetr, dam örtüyü 120 kvadratmetr sahədə və 1-ci mərtəbədə ümumi sahəsi 25 kvadratmetr olan ikiotaqlı evin mətbəxinin tavanı dörd kvadratmetr sahədə yanıb. Yanğın zamanı bir nəfər vətəndaş tüstüdən yüngül zəhərlənib.

Yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində evlərin qalan hissəsi yanğından mühafizə olunub, habelə alovun bitişik digər evlərə keçməsinə imkan verilməyib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Teqlər: