Xəbər - Fərid Zöhrabov – Trend:
Sosial şəbəkələrdə “Green Card”ın Azərbaycandan olan
qaliblərinin viza ilə bağlı müsahibələrinin Tbilisidə deyil, Bakıda
keçiriləcəyi barədə məlumat yayılıb.
Yaranan suallarla bağlı ABŞ-ın Azərbaycandankı səfirliyi
Trend-in sorğusunu
cavablayıb.
Səfirlikdən bildiriblər ki, Gürcüstan və Azərbaycan vətəndaşları
və bu ölkələrdə yaşayan şəxslər üçün ABŞ-a immiqrant vizası
əməliyyatları ABŞ-ın Tbilisidəki səfirliyində həyata keçirilir. Bu
siyasətdə heç bir dəyişiklik yoxdur.
“COVID-19 pandemiyası ilə əlaqədar ABŞ-ın Azərbaycandakı
səfirliyi mütəmadi qeyri-immiqrant viza əməliyyatlarını həyata
keçirə bilmir. Biz hal-hazırda yerli şərtlər, resurslar və
təhlükəsizlik qaydaları çərçivəsində zəruri viza kateqoriyaları
üçün mümkün olan sayda görüş vaxtları təyin edirik”, – deyə
məlumatda bildirilir.
Twitter:@FaridZohrabov