Göygöldə soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıb

Göygöldə soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən məlumata görə, Göygöl rayon Polis
Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində rayonun Sərkarlı kənd sakininin evinə qeyri-qanuni
yolla daxil olaraq vətəndaşın boğazındakı qızıl boyunbağını
soyğunçuluq yolu ilə mənimsəyən rayon sakini, əvvəllər məhkum
olunmuş Rəşad Novruzov saxlanılıb. Saxlanılan şəxs maddi sübutla
birlikdə istintaqa təhvil verilib.

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər
əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif
vaxtlarında rayonun Hacıməlik kəndi ərazisindən ümumi uzunluğu 800
metr olan yüksək gərginlikli elektrik naqillərini kəsərək
oğurlamaqda şübhəli bilinən rayon sakinləri Gülağa və qardaşı Elvin
Əsgərovlar saxlanılıb. Həmin şəxslər istintaq təhvil verilib,
araşdırmalar davam etdirilir.

Teqlər: