Göygöldə it döyüşdürən şəxslər saxlanıldı

Göygöldə it döyüşdürən şəxslər saxlanıldı

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində qanunsuz olaraq it döyüşdürən şəxslər saxlanılıb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, Göygöl rayon Quşçu kənd sakini Abdulla Hüseynov və Çaykənd kənd sakini Elyaz Məhərrəmov qanunsuz olaraq özlərinə məxsus itləri döyüşdürüblər.

Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq Maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə saxlanılan şəxslər 25 sutka inzibati qaydada həbs edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: