Əfsanəvi partizanın yubileyinə həsr olunmuş tədbir – Foto

Əfsanəvi partizanın yubileyinə həsr olunmuş tədbir – Foto

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə əfsanəvi partizanın 104 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və Mehdi Hüseynzadənin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Partizanın abidəsi önünə gül dəstələri qoyulub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir iştirakçılarına qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verilib, onun göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, Mehdi Hüseynzadənin apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb.

Sonda Mehdi Hüseynzadənin abidəsi önündə xatirə şəkli çəkdirilib.

Teqlər: