Göygöl donub (FOTO)

Göygölün donması son illərin nadir təbiət hadisələrindəndir.
AzerTimes-ın məlumatına görə, bunu
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Firuddin Əliyev
bildirib.

Xidmətinin rəsmisi qeyd edib ki, hazırda gölün üzərində 2-3 sm
qalınlığında buz qatı yaranıb:

“Bu ilin soyuq mart ayı daha bir sürprizlə yadda qaldı. Bol
qarlı mart bu dövr üçün xarakterik olmayan şaxta ilə də müşayiət
olunduğundan Göygölün suyu donaraq buz bağlayıb. Bu da son illərin
nadir təbiət hadisələrindəndir”.

F.Əliyevin sözlərinə görə, bahar fəslində Göygölün üst
hissəsinin donması turistlərin də böyük marağına səbəb olub.

“Yaz dövründə çox az hallarda qeydə alınan bu mənzərəni görmək
üçün ziyarətçiləri hələ davam edən tətil günlərində Göygöl Milli
Parkına gəlməyə, gecikmiş qış mənzərəsindən zövq almağa dəvət
edirik”, – F.Əliyev vurğulayıb.

Teqlər: