Göyçayda qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələniblər (FOTO)

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz
küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində
nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, keçirilən tədbirlər zamanı səkiləri zəbt
edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar
vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar
aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər
apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını
onların diqqətinə çatdırıb.

Ümumilikdə, keçirilən yoxlamalar zamanı 19 nəfər barəsində
İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş
yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə)
maddəsi ilə protokol tərtib olunub.

Teqlər: