Göyçayda fərdi evdə yanğın baş verib, bir nəfər xəsarət alıb

Göyçay rayonunun Mirzəhüseynli kəndində ümumi sahəsi 130 m² olan
kürsülü, iki aynabənddən ibarət birmərtəbəli evin yanar
konstruksiyaları 114 m² sahədə yanıb.

Trend bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər
verir.

Məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin
qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: