Göyçay rayonunda güllələnmə olub.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Göyçay
Rayon Polis Şöbəsinə mayın 8-də şəhər sakini Habil Babayevin odlu
silahdan açılmış atəşdən xəsarət alması nəticəsində xəstəxanaya
gətirilməsibarədə məlumat daxil olub.
Araşdırmalarla H.Babayevin dostu, Bakı şəhər sakini İntiqam
Xıdırova məxsus müvafiq sənədləri olan “Winchester Phantom” markalı
tüfəngə baxmaq istəyərkən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində
xəsarət alması, həmçinin onların sərxoş olmaları müəyyən
edilib.
Araşdırma davam etdirilir.