Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (
ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol
hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən
sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki
regional qrupundan verilən AzerTimes-a məlumata görə, şəhər sakini
Rufan Həsənov idarə etdiyi “LADA” markalı avtomobil ilə yollarda
intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub,
avtoxuliqanlıq etmiş və bununlada ictimai-asayişi nümayişkəranə
şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum
olub. Saxlanılan zaman sürücünün narkotik vasitənin təsiri altında
olduğu da müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar
məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati
protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ruslan Həsənov sürücülük hüqundan 1 il
müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib

Teqlər: