Aytən Məmmədova ilə bağlı məsələni diqqətdə saxlayırıq – MEDİA

Mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda
hücuma məruz qalan jurnalist Aytən Məmmədova ilə əlaqə saxlanılıb,
onun vəziyyəti barədə ətraflı məlumat əldə olunub.

Medianın İnkişafı Agentliyindən (MEDİA) AzerTimes-a verilən məlumata
görə, telefon danışığı zamanı bildirilib ki, Medianın İnkişafı
Agentliyi baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə
saxlayır.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı
maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz
müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi
yolverilməzdir.

Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili
İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd
olunan hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin
nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq
araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən
sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir.

Teqlər: