Göyçay İcra Hakimiyyətinin həbs edilən əməkdaşları ev dustaqlığına buraxılıb

Binəqədi Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən
sui-istifadədə təqsirləndirilərək həbs edilən Göyçay rayon İcra
Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və şəhər icra
nümayəndəsi Rəşad Şükürov barəsindəki həbs qətimkan tədbirinin
dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

AzerTimes-ın məlumatına görə, məhkəmə vəsatətləri təmin edib və
təqsirləndirilən şəxslər istintaq dövründə ev dustaqlığına
buraxılıb.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay rayon
İcra Hakimiyyətində keçirilən yoxlama tədbirləri nəticəsində
tutulub.

Teqlər: