Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar (FOTO)

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük
İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat
əsasında Rusiya istiqamətindən ölkəmizə gələn “Volvo” markalı
nəqliyyat vasitəsi “Şirvanlı” gömrük postunun idxal gömrük nəzarəti
zonasında saxlanılıb.

Trend xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərində gömrük
nəzarətindən gizlədilən müxtəlif markalı dərman vasitələri – 9 600
ədəd həb və 1 020 ampul aşkar edilib.

Teqlər: