Bazar gününə olan hava proqnozu açıqlandı

Aprelin 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən,
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.

Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz
olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-20° isti
olacaq.

Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq. Atmosfer
təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 %
olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və
səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti,
dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Teqlər: