Xudatda narkotik dövriyyəsinə qarşı əməliyyat keçirilib (FOTO)

Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional
qrupundan AzerTimes-a verilən məlumata görə, Xaçmaz Rayon Polis
Şöbəsinin Xudat PB-nin əməkdaşları, keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması
və daşımasında şübhəli bilinən Xudat şəhər sakini Elman Qasımovu
saxlayıblar. Həmin şəxsin üzərinə, eləcə də avtomobilinə baxış
keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan tiryək və
marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin
qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: