Gənclər üçün “Bu gün və gələcək üçün təhlükə: Yeni sintetik narkotiklər və psixoaktiv maddələr” mövzusunda təlim keçirilib (FOTO)

18 fevral 2022-ci il tarixində ADA Universitetində gənclər üçün
“Bu gün və gələcək üçün təhlükə: Yeni sintetik narkotiklər və
psixoaktiv maddələr” mövzusunda təlim keçirilib.

Təlimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi
Xidmət İdarəsinin rəis müavini, Avropa Toksikoloqlar və Toksikoloji
Mərkəz Assosiasiyasının üzvü, t.f.d., dosent İsmayıl Əfəndiyev
tədbir iştirakçılarını salamlayaraq, dəvətə görə təlimin
təşkilatçılarına minnətdarlığını bildirib və yeni sintetik
narkotiklər, psixoaktiv maddələrin növləri, onların insan
orqanizmində yaratdığı fəsadlar və bu təhlükələrlə mübarizə yolları
barədə çıxış edib.

“Yeni sintetik narkotikərlə zəhərlənmələrin diaqnostika və
müalicəsinə dair müasir yanaşmalar” mövzsunda danışan İsmayıl
Əfəndiyev 2010-cu və 2020-ci illərdə narkotiklərin istifadəsinin
struktur dəyişikliyi, opium qrupuna daxil olan narkotik maddələr,
dərman preparatlarının tərkibində olan narkotik vasitələr, bu
preparatların satış qaydaları, bəzi yayılmış narkotik vasitələrin
xüsusiyyətləri, təsirləri və yaratdıqları fəsadlar barədə ətraflı
məlumat verib.


Dr.İsmayıl Əfəndiyeb çıxışında bildirib: “Narkotik barədə
danışanda, ilk növbədə insanın ağlına heroin, kokain, xaşxaş kimi
psixoaktiv maddələr, həmçinin, son dövrlərdə dırnaqarası çox
populyar olan patı deyilən psixoaktiv maddə gəlir. Psixoaktiv və
narkotik maddələrin siyahısı çox böyükdür. Azərbaycan üçün ən
klassik narkotik qrupu opium qrupudur. Bu qrupa xam opium, xaşxaş
samanı, asetilləşmiş opium, heroin, metodon, tibbi preparatlar:
morfin, promedol və s. daxildir”.

Dr.İsmayıl Əfəndiyev narkotiklər barədə çoxlu sayda bu cür
maraqlı faktlara toxunaraq, narkotik vasitələrin insan orqanizmində
yaratdığı fəsadlardan, qəfil ölümlərdən də danışıb. Təlimdə ADA
Universitetinin 30 nəfərə yaxın tələbəsi iştirak edib. Tədbirin
sonunda İsmayıl Əfəndiyev təlim iştirakçılarının çoxsaylı
suallarını cavablandırıb. Tədbirin sonunda İsmayıl Əfəndiyev təlim
iştirakçılarının suallarını cavablandırıb. Qeyd edək ki, bu təlim
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin ADA Universiteti ilə
əməkdaşlığı çərçivəsində keçirilib.

Teqlər: