Gəncəli sahibkarlar Sumqayıt Kimya Sənaye Parkında olublar

Mayın 19-da “Gəncə iş adamları” İctimai Birliyinin bir qrup
nümayəndəsi Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış
olublar.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin
sədri vəzifəsini icra edən Elşad Nuriyev iş adamlarına ölkədə
mövcud sənaye zonaları, burada investorlar üçün yaradılmış
əlverişli şərait, tətbiq edlən güzəştlər barədə məlumat verib.

Görüş çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələrin yaradılması,
birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib, iş
adamları sənaye zonalarında mövcud imkanlardan yararlanmağa dəvət
edilib.

Sonda biznes nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında
görülmüş işlərlə, İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində
fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış
olublar.

Teqlər: