Gəncədə “Vita” yandı – Foto

Gəncədə “Vita” yandı – Foto

Gəncədə yanğın hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mersedes Vita” markalı mikroavtobus anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yaxınlıqdakı avtomobillər yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Teqlər: