Bu şəhərin müdafiəsi üçün konsensus var – Podolyak

Bu şəhərin müdafiəsi üçün konsensus var – Podolyak

Ukrayna qoşunlarında ölkənin şərqindəki Artyomvsk şəhərinin müdafiəsini davam etdirmək üçün konsensus var.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Yeni müdafiə xətlərinin qurulması zamanı şəhərin müdafiəsinin davam etdirilməsi və düşmən qüvvələrinin məhv edilməsi zərurəti ilə bağlı konsensus var”, – müşavir bildirib.

Qeyd edək ki, Artyomvsk Kiyevin nəzarətində olan şəhərdir və Ukrayna qoşun qrupunun təchizatı üçün mühüm nəqliyyat mərkəzidir.

Teqlər: