Gəncədə 57 yaşlı kişi meyiti tapıldı

Gəncədə 57 yaşlı kişi meyiti tapıldı

Gəncədə mənzildən meyit tapılıb.

FHN-dən AzerTimes-a verilən məlumata görə, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Arif Hidayət oğlu Kərimovun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: