Azərbaycanlı gənc Maskın şirkətində işə başladı

Azərbaycanlı gənc Maskın şirkətində işə başladı

Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi ixtisasının məzunu Paşa Feyzullayev “Tesla” şirkətində işə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, P.Feyzullayev öz ixtisasına uyğun olaraq, kimya mühəndisi kimi çalışacaq:

“Mən düşünürəm ki, sonuna qədər çalışırsınızsa, sizin üçün xeyirli olan, əldə edə bilməyəcəyiniz bir şey yoxdur! Mən bacardımsa, siz də bacararsınız, sizdən də heç bir fərqim yoxdur”.

Qeyd edək ki, “Tesla” şirkətinin rəhbəri amerikalı iş adamı İlon Maskdır.

Teqlər: