Gələn ildən onkoloji xəstəliklər də icbari tibbi sığortaya cəlb edilə bilər

Xəbər - Elçin Mehdiyev – Trend:

Düşünürəm ki, növbəti ildən onkoloji xəstəliklər də icbari tibbi
sığortaya cəlb ediləcək.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin səhiyyə
komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən
iclasında deyib.

O qeyd edib ki, onkoloji xəstəliklər xərc tələb edən
məsələdir.

“Bu xəstəliyin də icbari tibbi sığortaya daxil edilməsi
istiqamətində iş aparılır. Düşünürəm ki, növbəti ildən onkoloji
xəstəliklər də icbari tibbi sığortaya cəlb ediləcək”, – deyə o
bildirib.

Teqlər: