Futbol üzrə İtaliya çempionatı: “İnter” “Lasio”ya qalib gəldi

İtaliya futbol çempionatının 22-ci turu matçında “İnter” öz meydançasında “Lasio”nu məğlub edib.

AzerTimes-ın məlumatına görə, görüş 3:1 hesabı ilə başa çatıb.

Qolları qaliblər sırasında Romelu Lukaku (22-ci dəqiqə – penalti, 45) və Lautaro Martines (64), digər tərəfdən isə Qonzalo Eskalante (61) vurublar.

“İnter” 50 xalla turnir cədvəlində birinci, “Lasio” 40 xalla yeddinci yerdə qərarlaşıblar.


Növbəti turda “İnter” fevralın 21-də “Milan”la oynayacaq, “Lasio” isə bir gün əvvəl “Sampdoriya”nı qəbul edəcək.

Günün digər matçlarında “Sampdoriya” “Fiorentina”nı (2:1), “Sassuolo” isə “Krotone”ni məğlub ediblər (2:1).

Teqlər: