Dünyada koronavirusa yoluxanların sayı 108,15 milyonu ötüb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 300 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 300 530 nəfər yeni koronavirusa yoluxub, 7 776 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 108 153 741, ölənlərin isə 2 381 295 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Teqlər: