Futbol üzrə dünya çempionatının açılış matçı dəyişdirilib

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2022-ci il dünya
çempionatının təqvimində dəyişiklik edib.

Trend-in
məlumatına görə, təşkilatın qərarı ilə çempionatın açılış matçı və
başlama saatı dəyişdirilib.

Belə ki, turnirin açlış matçı noyabrın 21-də Bakı vaxtı ilə saat
14:00-da keçiriləcək və A qrupunda çıxış edən Seneqal və Niderland
komandaları qarşılaşacaq.

Daha əvvəl açılış matçında eyni qrupdan olan Qətər və Ekvador
komandaları qarşılaşmalı idi. Bu matç eyni gündə Bakı vaxtı ilə
saat 20:00-a keçirilib.

Xatırladaq ki, ötən gün Qətərdə dünya çempionatının püşkatma
mərasimi keçirilib.

Dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək davam
edəcək.

Teqlər: