Fransada uşaqlar üçün maska ​​taxmaq məcburi olacaq

Fransa hakimiyyəti koronavirusun “omikron” ştammı ilə yoluxma hallarının kəskin artması ilə əlaqədar altı yaşından yuxarı uşaqları ictimai yerlərdə qoruyucu maskalar taxmağa məcbur edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Fransa Nazirlər Kabinətinin sənədlər portalında yerləşdirilən hökumətin qərarında bildirilib.

Sənəddə qeyd olunub: “Bu qərarda göstərilən qoruyucu maska ​​taxmaq məcburiyyəti altı yaşdan yuxarı olan şəxslərə şamil edilir”.