ABŞ-da əyləncə gecəsində atışma olub, ölənlər var

ABŞ-ən Qalfort şəhərində (Missisipi ştatı) Yeni il əyləncə gecəsində atışma nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Sun Herald” nəşri polisə istinadən bildirib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, tədbirdə dava olub və o, atışmaya çevrilib. Üç nəfər yaralanıb, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.