Fransada prezident seçkilərində seçki məntəqələri açılıb

Bu gün Fransada prezident seçkilərinin ikinci turunda səsvermə
başlayıb. Paris vaxtı ilə saat 08:00-da ölkə üzrə 70 min seçki
məntəqəsi açılıb.

AzerTimes-ın
məlumatına görə, Seçici siyahılarında 48,7 milyon Fransa vətəndaşı
qeydə alınıb.

Fransalılar ikinci tura keçən iki namizəd arasında seçim etməli
olacaqlar. 2017-ci ildə prezident seçilən Fransa prezidenti
Emmanuel Makron yaratdığı “Respublika yürüşdə” hərəkatının dəstəyi
ilə ikinci müddətə namizədliyini irəli sürüb. Onun rəqibi olan
deputat Marin Le Penin namizədliyi “Milli Birlik” partiyası
tərəfindən irəli sürülüb.

Teqlər: