Fransada ötən sutka ərzində koronavirusa 104 611 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın “Le Parisien” qəzetinə istinadən verdiyi məlumata görə, bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstəricidir.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 9 088 371 nəfərə çatıb.
Bildirilir ki, son sutka koronavirusdan 84 nəfər, hazırkı dövrədək isə 122 546 nəfər ölüb.