Nigeriyada ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Nigeriyanın Oqun ştatında iki minik avtomobili toqquşub.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin Yol Hərəkəti Təhlükəsizliyi üzrə Federal Xidmətin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Laqos və İbadan şəhərlərini birləşdirən avtomobil yolunda baş verən qəza nəticəsində 6 nəfər həlak olub, 12 nəfər isə xəsarət alıb.


İlkin məlumata əsasən, qəzaya səbəb sürət rejiminə əməl edilməməsi olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.