Torontoda yaşayış binasında atışma olub

Kanadanın Toronto şəhərində yaşayış binalarından birində atışma baş verib.

AzerTimes-ın “CTV” telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları pilləkən qəfəsində odlu silahdan yaralanmış şəxsi aşkarlayıblar.

O, xəstəxanaya çatdırılıb, lakin daha sonra vəfat edib.


Bildirilir ki, silahlı hücumda bir neçə nəfər iştirak edib. Ölən şəxs onlardan qaçmağa çalışıb.

İnsidentlə bağlı araşdırma aparılır.