Fransada keçirilən etiraz aksiyalarında 32 min insan iştirak edib

Fransada COVID-19 pandemiyası ilə əlaqədar sanitar
məhdudiyyətlərə qarşı hakimiyyətin razılaşdırdığı aksiyalarda 32
mindən bir qədər çox nümayişçi iştirak edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi
bildirib.

Məlumata əsasən, Parisdə epidemioloji vəziyyətə görə tətbiq
edilən peyvənd keçidləri və məhdudiyyətlərlə razılaşmayan 7,6 min
insan küçələrə axınıb. Bundan əlavə, nümayişçilər qiymət artımına,
xüsusən də yanacağın bahalaşmasına etiraz ediblər.


Günün sonuna qədər Daxili İşlər Nazirliyi Fransa üzrə 149 etiraz
aksiyasını saydı.