Londonda binanın uçması nəticəsində 10-dan çox insan xəsarət alıb

Böyük Britaniyanın London şəhərində binanın qismən uşması
nəticəsində 13 nəfər xəsarət alıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Londonun təcili tibbi yardım xidmətindən
bildiriblər.

Məlumata əsasən, xəsarət alan 13 nəfərdən dördü xəstəxanaya
yerləşdirilib:


“Paytaxtın fövqəladə hallar xidmətləri ilə sıx əməkdaşlıq edərək
13 xəsarət alana yardım göstərmişik. Üç nəfər ağır, 10 nəfər isə
yüngül dərəcəli xəsarət alıb. Dörd nəfər yerli xəstəxanalara və
tibbi məntəqələrə çatdırılıb”.

“Sky News” telekanalı bildirib ki, hadisə yerli vaxtla saat
16:44-də “Two More Years” barında baş verib.