Yəməndə BMT-nin 6 əməkdaşı qaçırılıb

Yəməndə BMT-nin humanitar qurumlarından birinin altı əməkdaşı, o
cümlədən biri əcnəbi oğurlanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Yemen News” portalı xəbər
verib.

Məlumata əsasən, onlar ölkənin cənubundakı Abyan əyalətində bir
qrup silahlı şəxs tərəfindən qaçırılıb.

Onlarla birlikdə onları müşayiət edən hərbi polisin əsgərləri də
naməlum istiqamətə aparılıb.

BMT nümayəndələri Abyandakı humanitar vəziyyəti öyrənmək üçün
əyalətdə işgüzar səfərdə olublar.