Fransada iki qırıcısı aviaşou zamanı havada toqquşub

Fransanın Aerokosmik Qüvvələrinə məxsus iki “Rafale” qırıcısı
ölkənin qərbindəki “Meeting de l’air” avia şousunda nümayiş uçuşu
zamanı toqquşub.

AzerTimes-ın məlumatına görə, bu barədə “Sud Ouest” qəzeti xəbər
verib.

Məlumata əsasən, hadisə bu bazar günü yerli vaxtla saat 12:30
radələrində Konyak kommunası (Şarente departamenti) yaxınlığında
baş verib.