Argentinada insanda meymun çiçəyinə ehtimal olunan ilk yoluxma halı aşkar edilib

Argentinalı mütəxəssislər ölkədə ilk mümkün meymun çiçəyinə
yoluxma hadisəsini yoxlayırlar.

AzerTimes-ın
məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

“Səhiyyə Nazirliyi meymuna yoluxma ehtimalı barədə məlumat
verir. Buenos-Ayres şəhəri xəstəliyə yoluxma ehtimalı olan bir
xəstənin olduğunu bildirdi. Hələ təsdiqlənməyib”, – deyə nazirlik
qeyd edib.

Məlumata əsasən, Buenos-Ayres əyalətinin xəstə sakini aprelin
28-dən mayın 16-dək olduğu İspaniyadan qayıtdıqdan sonra meymun
çiçəyi xəstəliyinə uyğun simptomlarla müraciət edib.