Slovakiyadan Polşadan qaz kəməri qolunun tikintisi ezliklə başa çatacaq – Nazirlik

Slovakiya İqtisadiyyat Nazirliyi “Facebook” səhifəsində 164 km
uzunluğunda qaz kəməri qolunun tikintisinin tezliklə başa
çatacağını açıqlayıb.

AzerTimes-ın məlumatına görə, Nazirlik bildirib ki, bu da Polşa
ərazisindən Slovakiyaya təbii qazın verilməsini təmin edəcək:

“Qaz kəmərinin sınaq rejimində işə salınmasından əvvəl yekun
işlər görülür. Boru kəməri [artıq] qaz təzyiqi altında yüklənməyə
hazırdır və bu, tezliklə baş verəcək. Sınaqdan sonra qaz kəməri
[qaz hasilatı] mənbələrinin şaxələndirilməsinə və Slovakiyanın
enerji təhlükəsizliyinə tam töhfə verəcək”.