Fransa səfirliyinə ölü siçan və hörümçək göndərildi

Fransa səfirliyinə ölü siçan və hörümçək göndərildi

Fransanın Moskvadakı səfirliyinə içində ölü siçan və hörümçək olan bağlama göndərilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya KİV-ə hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

Hazırda Rusiya polisi hadisəni araşdırır. Mənbə hadisənin ötən həftə baş verdiyini bildirib.

Fransa səfirliyi Rusiya hüquq-mühafizə orqanlarına müraciət edib. Bağlama Notarianni adlı şəxsin adından göndərilib.

Teqlər: