Bu ölkə Ukraynaya Miq-29 qırıcılarını verir

Bu ölkə Ukraynaya Miq-29 qırıcılarını verir

Slovakiya Miq-29 qırıcılarını Ukraynaya verəcək.

AzerTimes xəbər verir ki, bunu Slovakiya xarici işlər naziri Rastislav Kaçer deyib.

“Müdafiə naziri prezidentə bunu necə edə biləcəyimizi izah etdi. Düşünürəm ki, yaxın həftələrdə Ukrayna nümayəndə heyəti Slovakiyaya gələcək və amerikalı dostlarımızla birlikdə bunun reallaşması üçün çalışacağıq”, – Kaçer qeyd edib.

Teqlər: