Rusiya rekord sayda generalını itirib

Rusiya rekord sayda generalını itirib

Müharibənin doqquz ayı ərzində ukraynalı hərbçilər rekord sayda rus generalını məhv ediblər.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Müharibənin doqquz ayında 13 generalı itirmək… Bu, Ginnes rekordudur”, – Jdanov söyləyib.

Ekspert Rusiyada tank çatışmazlığından da danışıb. Onun sözlərinə görə, Rusiyanın döyüş vəziyyətində olan 3500-ə yaxın tankı var idi, lakin hazırda anbarlarında 500-ə qədər tank qalıb ki, bu da çox güman ki, təmirə ehtiyac duyur.

Teqlər: