Formula 1 üzrə Azərbaycan Qran Prisinə biletlərin qiymətləri açıqlanıb

Formula 1 Azərbaycan Qran Prisinə biletlərin qiyməti yerli
azarkeşlər üçün 90 manatdan başlayaraq 970 manata kimi dəyişir.

Bunu AzerTimes-a müsahinəsində Formula 1 Azərbaycan Qran Prisinin
mətbuat katibi Turab Teymurov deyib.

“Bilet satışlarına bir aydan çoxdur ki, start vermişik. Hazırda
bilet satışı bütün tribunalar üçün açıqdır və azarkeşlər tərəfindən
maraq olduqca yüksəkdir. Biletlərin qiyməti yerli azarkeşlər üçün
90 manatdan başlayaraq 970 manata kimi dəyişir. Azarkeşlərimiz
biletləri https://www.bakucitycircuit.com/az veb səhifəsindən,
həmçinin şəhərimizin bilet satışı məntəqələrindən əldə edə
bilərlər. Xarici azarkeşlərlə yanaşı, yerli azarkeşlərin yüksək
marağını müşahidə edirik və bu da bizi çox sevindirir. Hazırda
biletlərin satışına görə Azərbaycan, ABŞ və Böyük Britaniya ilk
üçlüyə daxildir. Bundan başqa, İspaniya, Niderland, Danimarka,
Rusiya, Fransa, Norveç və digər ölkələrin azarkeşləri say etibarilə
çoxluq təşkil edir. Qeyd edim ki, biletlər Azərbaycan
vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşama icazəsi olan
əcnəbilərə 20-25 faizlik endirimlə təklif olunur”, – deyə
T.Teymurov əlavə edib.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 10-12 iyun
tarixlərində baş tutacaq.

Teqlər: