Formula 1 Azərbaycan Qran Prisinə biletlər ən çox bu ölkələrdən alınır

Xəbər - Elçin Mehdiyev – Trend:

22 fevral tarixindən etibarən satışa çıxarılan Formula 1
Azərbaycan Qran Prisinə biletlər daha çox Türkiyə, Rusiya və Böyük
Britaniya vətəndaşları tərəfindən əldə edilir.

Həmçinin, İspaniya, Hollandiya, Danimarka, Fransa, Norveç və
sair ölkələrin azarkeşləri say etibarilə çoxluq təşkil edir.
Tamaşaçılar daha çox tribuna (grandstand) zonasına maraq
göstərir.

Bu barədə AzerTimes-a
Bakı Şəhər Halqasından məlumat verilib.

Ötən il COVID-19 pandemiyası səbəbilə yarışı canlı izləyə
bilməyən azarkeşlər, bu il həyəcanlı idman yarışını yerində
izləməyə ikiqat maraqlıdır.

Bildiririk ki, yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti
yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90 – 160 AZN, üçgünlük
tribuna biletləri 280 – 970 AZN, uşaqlar üçün (16 yaşadək) isə 190
– 690 AZN aralığında dəyişir.

2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə bilet əldə etmək
üçün ətraflı məlumatı www.bakucitycircuit.com – Bakı Şəhər
Halqasının rəsmi veb səhifəsi vasitəsilə əldə edə bilərsiniz.

Həmçinin, biletləri şəhərimizin aşağıda sadalanan bilet satış
məntəqələrindən də əldə etmək mümkündür:

28 Mall ticarət mərkəzi

Gənclik Mall ticarət mərkəzi
Heydər Əliyev Sarayının kassası
4 saylı Bakı “ASAN xidmət” mərkəzi
1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi

Teqlər: