Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin qiyməti açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Bakı Şəhər Halqası (BŞH) 2022-ci il Formula 1 Azərbaycan Qran
Prisi üçün bilet satışına start verir.

BŞH-dan AzerTimes-a verilən məlumata görə, 10-12 iyun 2022-ci il
tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün bilet
satışına fevral ayının 22-dən etibarən start verilir.

Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli
azərkeşlərə birgünlük ayaqüstü zonada 90 – 160 AZN, üç günlük
tribuna biletləri 280 – 970 AZN, uşaqlar üçün (16 yaşadək) isə 190
– 690 AZN aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu
il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da
nəzərdə tutulub.

Teqlər: