Finlandiya prezidenti Sauli Niinistö və baş nazir Sanna Marin
cümə axşamı ölkənin NATO-ya üzvlüyü ilə bağlı mövqelərini
açıqlayacaqlar.
Trend xəbər
verir ki, bu barədə yerli “YLE” telekanalı dövlət başçısının
dəftərxanasına idtinadla xəbər verib.
Qeyd olunur ki, onların məsələylə bağlı münasibətini əks etdirən
məlumat 12 may yerli vaxtla 10:00 açıqlanacaq.
Marin daha əvvəl Yaponiyanın NHK telekanalına müsahibəsində
bildirmişdi ki, Finlandiya hakimiyyəti bir həftə ərzində ölkənin
NATO-ya mümkün daxil olması ilə bağlı qərar verəcək.