Rusiyaya qarşı sanksiyalar Avropanın ən böyük limanının işinə təsir edib

Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar Rotterdamda yerləşən
Avropanın ən böyük limanının fəaliyyətinə mənfi təsir göstərib və
bu məhdudiyyətlərin nəticələri ilin sonuna qədər artacaq.

Trend xəbər
verir ki, bu barədə “Bloomberg” agentliyinə liman
administrasiyasının rəhbəri Allard Kasteleyn bildirib.

O izah edib ki, indiyədək sanksiyalar limanın fəaliyyətinə
“nisbətən məhdud” təsir edib. Eyni zamanda, hər bir yeni
məhdudlaşdırıcı tədbirlər paketi təchizat zəncirlərinə özünəməxsus
şəkildə təsir edir. Belə ki, əgər məhdudiyyətlər malların dəyəri
ilə bağlıdırsa, o zaman bütün bu mallar və konteynerlər
yoxlanılmalıdır və beləliklə, tədarük zəncirində gecikmələr
yaranması riski olur.

“Sanksiyaların artan təsirini görürük. Bu, birinci rübün
ortalarında başlamışdı, lakin biz ilin qalan hissəsində daha
əhəmiyyətli təsir gözləyirik”, – A. Kasteleyn qeyd edib.